Bakıda oteldə ölən yaşlı şəxs cinsi gücü artıran dərman içibmiş

25 May 2024
66561200174eb202405241856
8927

Nərimanovda yerləşən oteldə İraq Respublikasının vətəndaşı dünyasını dəyişib. 1967-ci il təvəllüdlü Ammar Al Ce Cuborinin halı pisləşdiyindən otel rəhbərliyi təcili yardım çağırıb və xəstəxanaya aparılıb. Ancaq həkimlərin səylərinə baxmayaraq ərəbin təzyiqini aşağı sala bilməyiblər və 51 yaşlı əcnəbi dünyasını dəyişib. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Nərimanov rayon şöbəsinə aparılıb.

Oteldən ölkə.az-a verilən açıqlamaya görə, Ammar Al Ce Cuborinin İraqdan Azərbaycana turist kimi gəlib, qayıtmalı idi:"Hadisə ötən gün axşam saat 18 radələrində baş verib, halı pisləşdi, bizə məlumat verdi, biz də təcili yardım çağırdıq, apardılar xəstəxanaya. Sonra məlumat gəldi ki, dünyasını dəyişib. Biz də ölüm faktı ilə bağlı nümayəndəliyə məlumat verdik. Ümumiyyətlə onun ölümünə ilkin səbəb kimi cinsi gücü artıran dərmanları həddindən artıq çox qəbul etməsidir, onun da üstündən enerji içkilərini içirlər. Bu zamanda ürəyin fəaliyyəti pozulur və belə hallar yaranır”.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda araşdırmalara başlanılıb. / Azerforum