Bakıda öldüyü iddia edilən körpə ayıldı

01 Yanvar 2026
6956bebdf2fb0202601263645
343

Bakıda yerləşən özəl xəstəxanalardan birində vəfat etdiyi bildirilən 9 aylıq uşaq dəfn üçün Ağcabədiyə aparılarkən ayılıb.

Hadisə Ağcabədi rayonunun Yeni Qaradolaq kəndində baş verib. Kənd sakini İsgəndərli Elif Pərviz qızı əvvəlcə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında müalicə alıb, vəziyyəti ağırlaşdığı üçün Bakıya göndərilib. Həkimlərin səylərinə baxmayaraq, azyaşlının öldüyü bildirilib.
Uşaq dəfn üçün kəndə gətirilərkən hazırlıq zamanı həyat əlamətləri müşahidə olunub. Təxminən 3 saat sonra azyaşlı yenidən vəfat edib.
Faktla bağlı araşdırma aparılır. / Teleqraf.az