Bakıda oğlanın 5 ildir sevgili olduğu qiza qarşı davranışı heyrətə gətirdi - "Anası başıma and içirdi" - VİDEO
Bakı sakini qeyri-adi iddia ilə müraciət edib. 30 yaşlı xanım iddia edir ki, 5 il ərzində sevgili olduğu oğlan ona ümid verib, sonra onunla evlənməyib. Xanım hesab edir ki, bu hərəkətinə görə, keçmiş sevgilisi məsuliyyətə cəlb olunmalıdır. Çünki sevdiyi oğlandan ayrıldıqdan sonra ailə həyatı qura bilmir. Buna görə də, hüquqlarının bərpa olunmasını istəyir.
30 yaşlı V.Ə iddia edir ki, keçmiş sevgilisi onu 5 il ərzində sevdiyini deyib. Ailə quracaqlarına inandırıb. Son vaxtlarda isə sözündən geri çəkilib.
Qadın deyir ki, sevgilisinin ailəsi ilə yaxşı münasibətləri olub. Anası onların evlənməsinə razı imiş.
Vətəndaş iddia edir ki, sevdiyi oğlandan ayrıldıqdan sonra ailə həyatı qura bilmir. Buna görə də hüquqlarının bərpa olunmasını istəyir. / XezerXeber.az