Bakıda Arayik və "dostları"nın həbsxanadakı şən görüntüsü təəccübləndirdi - FOTO

Bakıda həbsxana həyatı yaşayan erməni separatçıların yeni görüntüləri yayılıb.

Fotolar sosial mediada paylaşılıb.Onlar həbsxanada televizora baxır, kitab oxuyurlar. Fotolardan onların həbsxanada yaradılan şəraitdən məmnun olduqları görünür.

Xatırladaq ki, ötən ilin sentyabr ayında keçirilən antiterror tədbirlərindən sonra Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağda qondarma qurumun “prezidentləri” olmuş Arkadi Qukasyan, Bako Saakyan, Arayik Harutyunyan, sabiq "xarici işlər naziri" David Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və keçmiş “dövlət naziri” Ruben Vardanyanı həbs edərək Bakıya gətirib. Onlara yekun ittiham elan ediləndən sonra işləri məhkəməyə göndəriləcək.