Bakı metrosunda körpə dünyaya gəldi: Ona imtiyazlar ediləcək

08 Avqust 2025
6895a2c27a6cc202508250954
577

"Bakı Metropoliteni" QSC-nin “20 Yanvar” stansiyasından doğuş səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə (TƏBİB) müraciət qeydə alınıb.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Məlumata əsasən, hadisə yerinə təcili tibbi yardım briqası cəlb olunub.

36-37 həftəlik hamiləliyi olan şəxsə zəruri tibbi xidmətlər göstərərək doğuşu nəzarətə götürüb. Çəkisi 2 200 qram olan oğlan uşağı dünyaya gəlib.

Daha sonra ana və körpə Respublika Klinik Xəstəxanasına hospitalizasiya olunub. Hazırda hər ikisinin vəziyyəti stabil qiymətləndirilir.

 ***

09:33

Bu gün "Bakı Metropoliteni" QSC-nin “20 Yanvar” stansiyasında dünyaya gəlmiş körpəyə güzəşt və imtiyazlar olacaq.

Bunu səhmdar cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.

“Təbii ki, həmin körpəyə hədiyyələr də veriləcək”, - o vurğulayıb.

***

09:00

Bu gün saat 07:40 radələrində "Bakı Metropoliteni" QSC-nin “20 Yanvar” stansiyasında bir qadın körpə dünyaya gətirib.

Məlumata görə, hadisə zamanı stansiya əməkdaşları ona ilkin yardım göstərib. Çağırılmış təcili tibbi yardım briqadası stansiyaya gələrək zəruri tibbi müdaxilə edib. Qadın sağlam şəkildə övladını dünyaya gətirib.

İlkin məlumata əsasən, ana və körpənin vəziyyəti qənaətbəxş hesab olunur. Onlar saat 08:06-da stansiyadan xəstəxanaya aparılıblar. / Report