AzTV-nin Ceyranının yeni görkəmi - Gözəlliyi ilə heyran etdi - Foto
Azərbaycan Televiziyasının (AzTV) keçmiş aparıcısı Ceyran Rəhimova paylaşımı ilə diqqət çəkib.
Televiziya ulduzu instaqram səhifəsində həyatın qısa, insanların isə nankor olmasından şikayətlənib.
“Çox şey gözləməyin həyatdan… Həyat qısa, xəyallar ağır, insanlar isə nankordur…”, - deyə Ceyran paylaşdığı postda yazıb.
Qeyd edək ki, C.Rəhimova yeni mövsümdən etibarən “MTV Azərbaycan” televiziyasında aparıcılıq edəcəyini bildirmişdi. O, “Sən bir nəğmə” verilişinin aparıcısı olub. Ceyran, uzun illərdir ki, fəaliyyətinə ara verib. / Olay.az