Azərbaycanlı tələbə ABŞ-da 55 min dollar təqaüd alacaq - FOTO
Bakı Mühəndislik Universitetinin tələbəsi ABŞ-də doktoranturaya qəbul olub. Belə ki, Arzu Alxanova Bakı Mühəndislik Universitetinin Pedaqoji fakültəsini 99,17 balla (tədris ingilis dili) bitirib. O, ABŞ-nin Şimali Karolina Dövlət Universitetinin birbaşa doktorantura səviyyəsinə, illik 55 min dollar ABŞ dolları məbləğində tam təqaüdlə qəbul olub.Qeyd edək ki, Arzu Alxanova BMU-ya 611 balla daxil olub.