Azərbaycanlı məşhurun cazibədar qızı kamera önündə görün nə etdi - VİDEO
Müğənni Rəqsanənin kiçik qızı Yana Mary (Yağmur İsmayılova) klip çəkilişi zamanı cəsarətli addımı ilə diqqət mərkəzinə düşüb.
Yağmur çəkiliş əsnasında əlindəki qayçı ilə saçını necə gəldi kəsməyə başlayıb.
Qeyd edək ki, İranda başörtüyü qaydalarına uyğun başını bağlamadığı üçün polislər tərəfindən saxlanıldıqdan sonra naməlum şəraitdə həyatını itirən Mahsa Amini üçün keçirilən etirazlara qoşulanlar arasında türkiyəli müğənni Melek Mosso da olmuşdu. O, məhz bundan dolayı İranda baş verənlərə etiraz olaraq konserti zamanı saçını kəsmişdi. Anoloji addımı rusiyalı gənc xanım müğənni Lusya Çebotina da edib. O da konsert zamanı saçlarını kəsmək qərarı verib.
Xatırladaq ki, Aysun kimi Yağmur da müğənnilik fəaliyyətinə başlayıb.
Həmin kadrları təqdim edirik:(Titul.az )