Azərbaycanlı gəlin evli ola-ola başqasına ərə getdi - Bəy toy günü... - FOTO

25 İyun 2024
667bb80e47d22202406244118
3440

Son günlər Türkiyə azərbaycanlı "gəlin" olayından danışır. Sivasda iki ay öncə evləndiyi azərbaycanlı qadın 10 illik evli çıxan İsmail Doğan, 60 min TL ziyana düşdüyünü iddia edərək, prokurorluğa müraciət edib.

32 yaşlı İsmail Doğan, qohumunun məsləhəti ilə Kocaelidə yaşayan 26 yaşlı azərbaycanlı G.Daşdəmirova ilə 3 min TL başlık parası süd pulu ödəyərək iki ay öncə dini nikahla ailə qurub. Doğanın iddiasına görə, evləndikləri gündən sonra Daşdəmirova tez-tez müxtəlif səbəblərlə pul tələb edib. Doğan, rəsmi nikah etmək istədikdə isə iddiaya görə, Daşdəmirova xəstələndiyini deyib, evdən gedib.

Daşdəmirovaya ödədiyi pullara görə 60 min TL zərəri olduğunu deyən Doğan, bacısı Demet Doğan ilə prokurorluğa gedərək aldadıldığı iddiası ilə şikayət edib.

Doğan "Burada 10 illik evli olduğunu öyrəndik. Hal-hazırda Karamürselə (Kocaeli vilayəti) qayıdıb" deyib.

İsmail Doğanın toyu günü gəlin maşınının üzərinə "Türkiyədə yox idi, Azərbaycandan aldım" yazdığı da üzə çıxıb. / Milli.az