Azərbaycanın ən gözəl modeli görün kim seçildi - FOTO
Bakıda "Hayal Kahvesi Bakıda "Top Model Azerbaijan 2023" top modellərin milli müsabiqəsinin finalı keçirilib.
Aparıcıları Tural Ələkbərov və Cəmilə Tağızadə olduğu gecənin qonaqları sırasında Şəhriyar Əbilov, İlqar Əliyev, Vilayət Əmirov, Gülyaz Məmmədova, Esmiralda Əliyeva, Luiza Matkazina, Araz Rafail, Nicat Ələkbərli, İsa Ələkbərov, Fərid Ağa, Ali Aşikar, Nuray Əmirova, Etimat, Fərid Əli, Barss, Kamal Qarabasma, Sahib Xudaverdiyev, Sahra, Asoundady, Dj Noor, Dj Davidov yer alıb. Onların iştirakı ilə konsert proqramı təqdim olunub.
Təşkilatçısı Əli Rzayevin olduğu yarış altı ay ərzində 36 qız və oğlanın iştirakı ilə keçirilib. İştirakçılar kastinq, seçmə mərhələ, açılış partisi və nəhayət final mərhələsindən keçiblər. Finalçıların xoreoqrafı Natiq Əliyevdir.
Müsabiqənin rəsmi www.topmodel.com.az saytında onlayn səsvermənin nəticələrinə, habelə münsiflər heyətinin üzvlərinin xallarına əsasən yekunda Güllü Əhmədova və Oruc Atayev qalib elan ediliblər.
Bununla yanaşı, final gecəsində digər nominasiyalar üzrə qaliblərin də adları bəlli olub.First Runner Up 2023 - Avqustina Yelaqina
Second Runner Up 2023 - Aygün NəsirovaThird runner up 2023 - Nuranə MəmmədovaMiss Catwalk 2023 - Aişə ƏliyevaMiss Face 2023 - Fatimə HüseynovaMiss The Hayal Kahvesi Baku 2023 - Jalə Qutenko
First Runner Up 2023- Məmməd MəmmədliSecond Runner Up 2023 - Aleksandr PrikrostovThird runner up 2023- Ramazan HəsənovMister Catwalk 2023 - Amil MəhərrəmovMister Face 2023 - Əli TatayevMister Press 2023 - Elçin AbdullayevMister The Hayal Kahvesi Baku 2023 - Elmin Hacıyev
İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az
Milli.az