Azərbaycandan gedən Çaqayevdən açıqlama

28 Noyabr 2025
6929cf2a259af202511253450
445

Məşhur azərbaycanlı idmançı, "Çaqayev" ləqəbi ilə tanınan Emin Babayevdən xəbər var.

"Çaqayev" "Ağ Şəhər"də yerləşən idman zalını satıb. Xatırladaq ki, o, zalı 300 min manata satışa çıxarmışdı.

Emin Babayev Unikal.az-a açıqlamasında bildirib ki, hazırda Rusiyanın paytaxtı Moskva şəhərindədir: "Burada ağır çəkili insanlar üçün ödənişsiz məşq proqramı təşkil etmişik. Onları Bakıya gətirəcəyik. Bakıda daha böyük bir idman zalı olacaq. Onu da qeyd edim ki, Azərbaycandan getmək fikrim yoxdur. Yaxın günlərdə ölkəyə qayıdacağam", - deyə o qeyd edib.

Xatırladaq ki, bir müddət əvvəl "Çaqayev"in Azərbaycanı tərk edəcəyinə dair iddialar səsləndirilirdi.