Azərbaycanda yoxsul yoxdur, restoranlar adamla doludur - Kübra Əliyeva

01 May 2024
663167eea090e202405245142
850

Əməkdar artist Kubra Əliyeva "Elgizlə izlə" verilişində maraqlı açıqlam edib.

Aktrisa Azərbaycan toylarındakı bahalı tortları ərəb şeyxlərinin övladlarının ad günlərində hazırlatdığı tortlarla müqayisə edib. 

O bildirib ki, bu adət məhz ərəb şeyxlərinin məclislərindən götürülüb. 

Əməkdar artist daha sonra Azərbaycanda yoxsul insanların olmadığını vurğulayıb: "Kasıb ola bilər, o da öz günahındandır. Ola bilsin oxumur, işləmir. Kasıbdır və deyir elə mənə dövlət baxsın. Elə şey yoxdur. Yolda yerimək olmur. Maşın bol, restoranlar dolu".  / Olay.az