Azərbaycanda qadın "TikTok"da tanış olduğu qıza qoşulub evdən qaçdı – VİDEO

Azərbaycanda 30 yaşlı qadın "TikTok"da tanış olduğu qıza görə evdən qaçıb.ARB televiziyasında yayımlanan "Səni Axtarıram" verilişinə çıxan Mərcanə Qasımovanın anası Mətanət Qasımova bildirib.Mətanət Qasımova qeyd edib ki, 2 aydır qızı evdən qaçıb:"Gecə saat 12-də qızım uşaqları evdə qoyub qaçıb. Zəng etdim ki, hardasan? Mərcanə dedi ki, şəhərdəyəm. Mən dedim ki, uşaqları evdə qoyub, hara getmisən. O da cavabında “Yaxşı etmişəm” dedi.Bacım dedi ki, Mərcanə "TikTok"da tanış olduğu qıza görə evdən gedib". / Turkustan.az