Azərbaycanda məktəbli qızlar arasında DAVA düşdü - Məsələyə polis qarışdı

29 Mart 2023
642431c2bef23202303234034
533

Azərbaycanda məktəbli qızlar arasında dava olub.

Shwomedia.az lent.az-a istinadən xəbər verir ki, hadisə Zaqatala şəhərində qeydə alınıb.

Rayon ərazisində yerləşən internat məktəbin qız şagirdləri arasında düşən davanın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Dava edən qızlar 8 və 9-cu siniflərin şagirdləri olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib ki, bir neçə şagird arasında mübahisə düşüb:

"Polis əməkdaşları həmin yeniyetmələrlə profilaktik söhbət aparıb".