Azərbaycanda gəlin bakirə "çıxmadı": Ər və qayınana gözlənilməz qərar verdi

Yeni ailə quran gənc qıza qarşı dəhşətli işgəncə verməkdə ittiham olunan Şəki şəhər sakinləri - 1990-cı il təvəllüdlü Vazeh Musayev və onun anası, 1960-cı il təvəllüdlü Aybəniz Musayevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.Vazeh Musayev mütəmadi olaraq həyat yoldaşı Tünzalə Musayevanı döymək və digər zorakı hərəkətlər etmək məqsədilə anası Aybəniz Musayeva ilə əlbir olub.Bir ilin gəlininə dəhşətli işgəncəVazeh Musayev 25 dekabr 2015-ci il tarixdə, saat 18 radələrində Şəki rayonunun Bideyiz kəndində yaşadıqları evdə ailə məişət zəminində aralarında baş vermiş mübahisə zamanı maşa ilə arvadı Tünzalə Musayevanın sağ gözünə, yumruqla başına, bədəninin müxtəlif nahiyələrinə, həmçinin təpiklə bədəninin müxtəlif yerlərinə vurub. Bununla da o, arvadına müxtəlif dərəcəli xəsarətlər yetirib.Vazeh ertəsi gün, saat 08-də yenidən arvadı ilə mübahisə edib. Mübahisə zamanı arvadının başına və sifət nahiyəsinə qəsdən vuraraq, ona xəsarət yetirib.Vazeh Musayev növbəti dəfə arvadına dekabrın 27-də işgəncə verib. O, anası ilə birləşərək, arvadına qarşı zorakı əməllər törədib.Ana və oğulun cinayət işiVazeh Musayevin 5 yanvar 2016-cı il tarixdə, saat 13-də yaşadığı evdə arvadı Tünzalə ilə növbəti mübahisəsi yaranıb. Mübahisə zamanı Vazeh arvadını yumruq və şillə ilə vurub. Vazeh Tünzaləyə güc göstərərək, ona psixi iztirablar verib. Bu işgəncələrdə və döyülmə hadisələrində Vazehin anası Aybəniz də ona köməklik göstərib.Vazeh Musayev və Aybəniz Musayeva Cinayət Məcəlləsinin 133.2.3-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən əzab vermə) maddəsi ilə ittiham edilib. Onların cinayət işi Şəki rayon Məhkəməsində araşdırılıb.“Təklif etdim ki, məni həkimə aparsın”Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə verən Tünzalə Musayeva bildirib ki, 7 aperal 2014-cü il tarixdə Bideyiz kənd sakini Vazeh Musayevlə ailə həyatı qurub və nikahlarından bir qız övladları olub: “Toy gecəsindən sonra qayınanam bakirə olmadığımı bəhanə edərək mənə şər atıb, evdə söz-söhbət yaradıb. Həmin vaxtı bakirə olmağımı sübüt etmək üçün qayınanama təklif etdim ki, məni həkimə aparsın. Əgər toy gecəsi bakirə olmamışdımsa, sakitcə çıxıb evimizə gedəcəkdim. Əgər bakirə olduğum təsdiqlənərsə, ondan polisə şikayət edəcəkdim. Bundan sonra bir müddət evdə bu söz-söhbətə son qoyuldu”.mənə vermək istəməyəndə, Vazeh anasının çarpayının üstünə atdığı maşanı götürərək sağ gözümdən vurdu. Yerə yıxılan zaman qayınatam Valeh yaxınlaşaraq qolumdan tutdu və məni qaldırdı. Qayınanatam məni öz otağıma apardı. Orada qayınatam mənə dedi ki, ölsən də, burada öləcəksən. Sonra qayınatam qapını çöldən bağlayıb getdi. Bir neçə dəqiqədən sonra Vazeh yanıma gəldi. Mənə dedi ki, sən şikayət etsən də, bizə heç kim bata bilməz. Mən isə ondan şikayət edəcəyimi bildirdim. Bu zaman Vazeh yumruq və şillə ilə bir neçə dəfə başıma vurdu. Həmin Hamilə vəziyyətində döyüldüyü üçün Bakı şəhərində 40-cı polis bölməsinə şikayət etmişəm. Qayınanam məni pozğun adlandırıraq həmişə mübahisə edib, döyülməyimin səbəbini anlaya bilməmişəm. Zaman keçdikcə mənimlə yaxşı dolanacaqlarına ümüd edərək, bu qədər vaxt ərzində ərim və onun ailəsinin mənə etdikləri əzablara dözmüşəm”.“Gəlinimi döyməmişəm”Təqsirləndirilən şəxs Aybəniz Musayeva ifadəsində ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib: “Gəlinim Tünzalə Musayevanı döyməmişəm. Onun bizim tərəfimizdən döyülməsi barədə heç bir sübut, şahid yoxdur. Tünzalə Musayevanın dedikləri hamısı yalandır, anası ilə qurduğu oyundur. Mən gəlini döymək üçün almamışdım. Maşa ilə vurulan göz partlayıb tökülməlidir. Tünzalənin gözü isə bir balaca göyərib”.“Tünzalənin nərdivandan yıxılmasını görməmişəm”Aybəniz Musayeva qeyd edib ki, yanvarın 5-də anasının yasında olub: “Tünzalənin niyə bizdən şikayət etdiyini bilmirəm. Ekspert rəyi ilə razılaşmıram, özümü Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilmirəm. Oğlumun evinə getməmişəm, 40 gün anamın yasında olmuşam. Bundan sonra Bakıya qayıtdım, bir də yasın 52-ci günü Şəkiyə gəlmişəm. Anamın ölumünün 40-cı günündən sonra Bakıya tək getmişəm. 52-ci gündən sonra isə ərimləgetmişəm. Tünzalə 40-cı polis bölməsinə şikayət edərkən də yalan danışmışdı. Tünzalənin məndən 40-cı polis bölməsinə nəyə görə şikayət etdiyini bilmirəm. Tünzalənin üzərində aşkar edilmiş xəsarətlər onun nərdivandan yıxılmasından əmələ gəlib. Tünzalənin nərdivandan yıxılmasını görməmişəm. Bunu mənə oğlum deyib”.“Bu ailənin dağılmasının əsas səbəbi Tünzalənin anasıdır”Digər təqsirləndirilən Vazeh Musayev də elan olunmuş ittihamda özünü təqsirli bilməyib: “Tünzaləni döyməmişəm. Dekabrın 27-də yumurtaları götürmək üçün nərdivanla tövlənin çardağına çıxmışdı. Həmin gün qar yağmışdı. Tünzalə çardaqdan düşən zaman nərdivanın ayağı sürüşdüyü üçün nərdivandan yerə yıxıldı. Tünzalə yerə yıxılan zaman sağ gözü nərdivanın ayağına dəydi. Onu evə apardım. 2-3 saat dincəldikdən sonra Tünzalə yenə öz işləri ilə məşğul oldu. Dekabrın 31-də isə Tünzalə icazəmlə anasıgili telefon vasitəsilə təbrik etdi. Tünzalənin dediyi kimi, ona pis davranmamışam. Bütün problem, bu ailənin dağılmasının əsas səbəbi Tünzalənin anası Sədaqət Cəlilovadır. O, bizim bütün işlərimizə qarışıb, hökmranlıq etmək istəyirdi. Anası Sədaqət Tünzaləni “doldurduğu” üçün o, bizdən şikayət edib”.Ana və oğlun cəzasıŞəki rayon Məhkəməsinin hökmü ilə Vazeh Musayev 1 il, 11 ay, 28 gün müddətə azadlıqdan məhrum edilib. Onun barəsində başqa yerə getməmək qəti imkan tədbiri ləğv edilib. Barəsində həbs qətimkan tədbiri seçilib, məhkəmə zalından həbs edilib. Digər təqsirləndirilən Aybəniz Musayevanın barəsində isə 2 il müddətinə şərti cəza təyin edilib.Hər iki təqsirləndirilən şəxs məhkəmənin hökmündən apelyasiya şikayəti veriblər. Onlar günahsız olduqlarını, barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər. Tünzalə Musayeva da apelyasiya şikayəti verərək hər iki təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını istəyib.Tərəflərin şikayəti araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib. İş hakim Rafail Əliyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.Apelyasiya şikayətlərinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, həm təqsirləndirilən şəxslərin, həm də zərərçəkmişin şikayətləri təmin edilməyib, birinci instansiya məhkəməsinin hökmü qüvvəsində saxlanılıb.publika.az