Azərbaycanda 18+ görüntülər efirə verildi, məşhur televiziyanın fəaliyyəti dayandırıldı - Video

17 Yanvar 2026
696bb23a85e97202601260058
1139

"Çox saylı suallara və zənglərə cavab vermək məcburiyyətində qaldım. Əvvəlcə bütün azərbaycanlılara həm burada, həm xaricdə yaşayan həmvətənlərə "Səkkiz" serialına göstərdikləri diqqətə və marağa görə təşəkkür edirəm".

Bunu quruluşçu rejissoru və baş rol ifaçısı olduğu “Səkkiz” serialının yayımı dayandırılan Hikmət Rəhimov bildirib.

O qeyd edib ki, dünən dövlət qurumu tərəfindən serial ilə bağlı görüşə dəvət edildib: 

"Qrumun adı və orada keçən söhbət haqqında fikir bildirmək düz olmadığına görə, məxfi qalsın. Mənə və gördüyümüz işə çox hörmətlə yanaşdılar, sağ olsunlar.

"Səkkiz" serialı yaş həddi +18-dir. 10 yanvar 2025-ci il 23:00-da ARB televiziyasında yayımlanıb. Yayım zamanı efirə söyüş getdiyi üçün həmən işə məsul şəxs televiziya rəhbərliyi tərəfindən cəzalandırılıb".

"İndi gələk əsas məsləyə, bir tək buna görə serialın həm youtubda, həm də televiziyada yayımını dayandırmağı heç cür anlaya bilmirəm. Ümid edirəm ki, dövlət həm bizim və tamaşaçıların istəyinə hörmətlə yanaşıb gələn həftədən serialın yayımının bərpa qərarını verər. Şəxsən mən bunu səbirsizliklə gözləyirəm. Hamı maraqla gözləyir, hətta aidiyyatı qurumlar belə serialı maraqla izləyir, bu yaxşı bir şeydir. Sonda hər şey üçün Allaha yenə sonsuz təşəkkür edirəm" - aktyor əlavə edib.

Qeyd edək ki, bir neçə gün əvvəl serialın ilk bölümündə qeyri-etik ifadələrin işlədildiyi üçün ARB kanalı cəzalandırılıb. Audiovizual Şura həmin kadrları “Media haqqında” qanunun tələblərinə zidd sayıb. Nəticədə kanalın yayımının 3 saatlıq dayandırılmasına qərar verilib. Serialın bölümləri “YouTube” platformasından da silinib. Həmçinin, “Park Cinema”da yayımı dayandırılıb. / Yenisabah.az