“Azərbaycan xalqını biabır edən “erməni”. Ar olsun” - Çimnazı biabır etdilər

19 May 2023
6467729329187202305235859
350

Aktrisa Nəzakət Məmmədova həmkarı Çimnaz Sultanovanı təhqir edib.  

Buna səbəb Çimnaz ayaqlarını nümayiş etdirdiyi videonu sosial şəbəkədə paylaşmasıdır. N. Məmmədova sözügedən postu xəbərə çevirən “Show News” instaqram səhifəsinə şərh yazaraq onu əxlaqsız adlandırıb:

“Azərbaycan xalqını biabır edən “erməni”. Ar olsun”.

Qeyd edək ki, aktrisa Çimnaz Sultanova qonaq olduğu “Nahara az qala” mətbəx şousunda həmkarı Nəzakət Məmmədovanın ünvanına 60 yaşlı, iplə bağlanan “lyubitelskaya kolbasa”ya bənzədərək təhqirəqamiz ifadələr səsləndirmişdi.

Qarşı tərəf isə Medianews.az-a açıqlamasında Sultanovanı porno ulduzu adlandıraraq, “Çimnaza baş qoşmaq istəmirəm, çünki o, mənim səviyyəmə və statusuma uyğun deyil” demişdi. / Olay.az