Azərbaycan televiziyalarında bu müğənnilərə qadağa qoyuldu - VİDEO
Müğənni Nura Suri paylaşımı ilə diqqət çəkib.
İfaçı telekanalların müğənnilərə açıq geyinməyi qadağan etdiyini iddia edib:
"Telekanallarda məşhurların, müğənnilərin, aparıcıların geyimi ilə bağlı senzura yaranıb. Bir çox telekanal açıq-saçıq geyimdə gələn qonaqları geri çevirirlər. Belə eşitmişəm, mənim başıma gəlməyib. Bunu eşidəndə təəccübləndim. Çünki müğənni elə açıq-saçıq geyinməlidir. Bu normaldır, səhnədə elə olmaq lazımdır. Müğənnilər fərqlənməlidir. Dünya səhnəsinə, ulduzlarına bir baxın. AzTV-də bu var, 5-6 müğənnidən başqa heç kim efirə davət almır ki, senzura var. Başqa telekanallara nə olub? Niyə bayağı mahnılara senzura yoxdur? Efirə layiq olmayanlar oraya çıxa bilir. Sosial verilişlərdə adi insanların həyatında baş verənlərə senzura yoxdur, amma müğənnilərə var. Deməyə sözüm yoxdur". / Yenisabah.az