Azərbaycan bayrağını öpən türk polisinə mükafat verildi - VİDEO
Türkiyə ilə Ermənistan arasında keçirilən matç zamanı girişdə Azərbaycan bayrağına göstərdiyi ehtiramla sosial mediada diqqət çəkən polis əməkdaşı mükafatlandırılıb.
Düzce valisi Səlçuq Aslan 2024-cü il futbol üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Türkiyə-Ermənistan matçı öncəsi nümunəvi davranışına görə Düzce Polis Şöbəsinin əməkdaşı Ramazan Şahinə sertifikat təqdim edib.
Qeyd edək ki, sentyabrın 8-də Avropa çempionatının (AVRO 2024) seçmə mərhələsi çərçivəsində Türkiyə ilə Ermənistan arasında görüş baş tutub. Yerli polis stadiona gələn azarkeşin üzərinə baxış keçirən zaman Azərbaycan bayrağını görüb və dövlət rəmzimizi öpərək böyük ehtimanını göstərib. Polis əməkdaşlarının bu davranışı alqışla qarşılanıb.