Aysun subay sevgilisi ilə ər arvad kimi yaşayır - Açıqlama
Müğənni Aysun İsmayılova şəxsi həyatı ilə bağlı açıqlamalar verib.
Bu barədə o, "Tarixin bir günü" verilişində danışıb.
Aysun deyib ki, həyatında biri olsa da, ailə qurmaq barədə düşünmür: "Ürəyimdə biri var, çox xoşbəxtəm. Qəti ailə qurmaq barədə danışmaq istəmirəm. Elə bir fikrim yoxdur".
Aysunun anası R. İsmayılova "Elə ailə kimidir" deyərək qızının sözlərini təsdiqləyib. / bizim.media
***
Müğənni Aysun İsmayılova həyatındakı şəxslə bağlı açıqlama verib.
Müğənni ARB-də yayımlanan "Həmin Zaur" proqramında qonaq olub. Aparıcı Zaur Kamal ona şəxsi həyatı ilə bağlı suallar ünvanlayıb. Aysun sevgilisinin heç vaxt ailə qurmadığını, subay şəxs olduğunu bildirib. "Sevgilim çox qısqancdır. O, əsl kişidir, fəxr edirəm ki, həyatımda belə bir kişi var." deyə müğənni vurğulayıb.Daha sonra Zaur oğlanın ailəsinin bu müasibətə razılıq verib-vermədiyi ilə bağlı suallar verib. Aysun həmin suallardan yayınıb. / Milli.az