"Aysun ailəni oyuncaq elədi, bir problem olanda qaçıb gedirdi. " - Eşqin hər şeyi açıqladı / VİDEO
Aysun İsmayılovanın keçmiş həyat yoldaşı Eşqin Cəlilov ilk dəfə boşanmasından danışıb.
ARB-də yayımlanan "Maqazin plus”a danşan Eşqinin sözlərinə görə, onlar sevərək ailə qurublar. Cütlüyün ayrılmağına səbəb kimi isə o, Aysunu göstərib:
"Alınmışdı, çox gözəl alınmışdı. Sevərək ailə qurmuşduq. O, özü də bilirdi ki, mən ona necə dəyər vermişdim, amma o, dəyərləndirə bilmədi. Ailənin bir mükafat olduğunu o, anlaya bilmədi. Şəxsən bizim ikimizin heç bir problemi yox idi. Biz dil də tapırdıq, dolanırdıq da, sadəcə nəsə başa verirdi. Ayrılıq rolunda bir tək Aysunu görürəm. Biz bir dəfə də 2 aylıq müddətə ayrılmışdıq, mən onda imkan vermədim ki, "bu mənim ailəmdir”. Mən zəif kişi deyiləm ki, balaca bir problemə ailəm dağılsın. Keçən dəfə nə üçün çalışdığımı bilirdim, indi isə bilmirəm. Biz elə bir ailə qurduq ki, işimizi də bir elədik. Biz bütün günü bir yerdə idik, mənim heç xəyanətə vaxtım belə ola bilməzdi. Xəyanətə nəinki vaxtım, heç istəyim də yox idi. Ona qarşı sevgim bitməyib, etibarım bitib. Xətrimə çox pis dəyib. Hər dəfə bir problem olanda qaçıb gedirdi. Aysun balaca kuklalar kimi, hara ötürsən ora yeriyib gedir. Aysuna təzyiq göstərəndə o, artıq nə etdiyini bilmir. Mənə nə klip, nə də tanınmaq lazım deyildi. Mən nə müğənni, nə aktyor, nə də bloger deyiləm. Hamı yazır ki "Aysuna görə tanındın”, amma mənim heç bir reklama ehtiyacım yox idi".
Eşqin qeyd edib ki, işlərini bitirdikdən sonra Vətəni tərk edəcək.
"Mən Vətəni tərk edəcəm, çünki mən bura ailəmə görə gəlmişdim, o da alınmadı. Mən bu ailənin bitməsinə niyə film dedim? Düşünürəm ki, bu, Aysunun çəkdiyi bir film idi. Aysun ailəni oyuncaq elədi".
Qeyd edək ki, cütlük ötən il ailə həyatı qurmuşdu.