Aynişan istifadə etdiyi dodaq boyasını satışa çıxardı - Foto
Əməkdar artist Aybəniz Haşımovanın bloger qızı Aynişan Quliyeva paylaşımı ilə tənqid edilib.
Aynişan işlətdiyi kosmetik vasitələrinin bəzisini satışa çıxarıb. Onun paylaşımı arasında dodaq boyaları, kirpik üçün tuş yer alıb.
Blogerin bu addımı isə sosial şəbəkədə müzakirələrə səbəb olub. Bir çoxları bunu tənqid ediblər. Belə ki, insanlar işlənmiş kosmetik vasitələrin satılmasının gigiyenik olmadığını yazıblar. / Axşam.az