Aygünün səhifəsini ələ keçirən şəxs: “Növbəti hədəf Bayram Nurludur” - FOTO

21 Yanvar 2024
65acbc872aa34202401244111
221

Xəbər verdiyimiz kimi, Xalq artisti Aygün Kazımovanın 1,4 milyondan çox izləyicisi olan səhifəsi oğurlanıb. 

Səhifə ələ keçirildikdən sonra pop divanın 1551 paylaşımı səhifədən silinib. Bu gün isə profildə müxtəlif mövzuda videolar palaşılmağa başlanılıb. 

Diqqət çəkən məqamlardan biri isə səhifəni ələ keçirənlərin təhdid yayımlamaları olub. Belə ki, paylaşımda "Növbəti hədəf Bayraməli Musayev? (sosial şəbəkə fenomeni Bayram Nurlu - red.) Bunun üçün ianə verin" sözləri yazılıb. 

Qeyd edək ki, son bir neçə gündə idmançı Pərviz Abdullayev, aparıcılar Ceyhun Əli və Ranar Musyaev, müğənni İradə İbrahimovanın səhifəsi oğurlanıb. İradə və Ranar profilini geri qaytara bilib. / Axşam.az