Xalq artistinin efirdəki hərəkəti müzakirələrə səbəb oldu - Foto

Xalq artisti Aygün Kazımova “Zaurla GÜNAYDIN” verilişinə qonaq olub. Müğənni efirdə səhər idmanı üçün lazım olan hərəkətləri nümayiş etdirib. Pop diva xüsusi geyimdə müxtəlif idman hərəkətlərini sərgiləyib və bu görüntülər sosial şəbəkələrdə izləyicilərin diqqətini çəkib. Sosial şəbəkə istifadəçilərinin bəziləri bu cür hərəkətləri müsbət qarşılasa da tənqidi fikirlər yazanlar da az olmayıb. Hətta bəzi istifadəçilər Aygün Kazımovanın idman hərəkətlərini “biabırçılıq” adlandırıb. / Baku.ws

Şəkillər