Ay bədbəxtlər "paçka"larla pul görmüşəm, 20 manat nədir ki... - Manaf qəzəbləndi
Müğənni Manaf Ağayev sosial şəbəkədə yayılan videosuna aydınlıq gətirib.
O, Şamaxı toyunda cibinə “şabaş”lar qoyulmasını tənqid edənlərə cavab verib:
“Haqqımda xoşagəlməz sözlər yazdılar. Guya mən kiminsə cibinə girmişəm. Ay şərəfsiz, o, kasıbdır. Verdiyi isə 20 manata ehtiyacım yoxdur. Amma onun ürəyi o qədər istəyir ki, gətirir, o pulu cibimə qoyur. Ay bədbəxt, mən "paçka"larla pul görmüşəm. Başıma o qədər pul yağdıran olub ki,.. 40 ildir ki, bu meydanda, sənətdəyəm. Yazmaqdan, deməkdən ki, “halal olsun, o boyda toyu mikrofonsuz idarə etmisən”.
Özünüz də gördünüz ki, mən heç baxmırdım ki, kim, nə qədər mənim cibimə pul qoyur. Çünki həmin an oxuyurdum. O da böyük pullar deyil ki,.. Rayon yeridir də, kasıb insanlardır. Ay bədbəxtlər, axı sizi yandıran nədir? Həmin adamlar isə tanıdığım sənət adamları və sosial şəbəkə izləyiciləridir”.