Arvad sevgilisindən hamilə qaldı - Evə gizli kamera qoyan ər bunu biləndə görün nə etdi

Qadın ərə getməzdən əvvəl sevgilisindən hamilə olub.

Rusiyada yayımlanan verilişlərdən birində şok hadisə baş verib.

Youtube kanalında yayımlanan "Realiti izmena" verilişində həyat yoldaşından şübhələnən ərin başına gələn dəhşətli hadisə yayımlanıb. Belə ki, detektivlərin köməyi ilə evə gizli kamera yerləşdirən kişi arvadını keçmiş sevgilisi ilə yaxalayıb. Lakin qadının günahsız olduğu, şantaja məruz qaldığı ortaya çıxıb. Cütlüyün uşağının əsl atası onun sirrini həyat yoldaşına deməklə şantaj edib. Belə ki, qadın ərə getməzdən əvvəl sevgilisindən hamilə olub və bunu ərindən gizlədib.

Şantaja boyun əyən qadın keçmiş sevgilisinə pul vermək üçün onu evə çağırıb. Kişi isə ona təcavüz etmək istəyib. Bu zaman onun həyat yoldaşı özünü çatdıraraq qadını xilas edib.