ANS-in keçmiş aparıcısı illər sonra üzə çıxdı - Foto
İllər öncə ailə qurub Türkiyəyə köçən keçmiş azərbaycanlı aparıcı Gülnarə Məmmədova oğlu ilə bağlı yeni paylaşım edib.
Sənətçi övladı Miraçla şəkillərini izləyiciləriylə bölüşüb.
Qeyd edək ki, Gülnarə 2015-ci ildə ailə qursa da, ana olması çətinliklə başa gəlib. Özgür adlı türk bəylə ailə quran aparıcı 2018-ci ildə qızını itirib.
Miraç isə 2021-in martında vaxtından tez dünyaya gəlib. Yüksək təzyiqi olduğu üçün günlərlə xəstəxanada qalıb. / olay.az