Ankarada vəzifəli şəxslərin olduğu təyyarə radardan itdi

Ankarada Esenboğa hava limanından havaya qalxan özəl təyyarə ilə radar əlaqəsi kəsilib.

NTV xəbər verir ki, təyyarədə Liviya Baş Qərargah rəisinin olduğu bildirilir. Bildirilir ki, təyyarədə Liviya Baş Qərargah rəisi Məhəmməd Əli Əl-Həddad və onun nümayəndə heyəti olub. "Falcon Air" tipli şəxsi təyyarə ilə havaya qalxdıqdan az sonra radardan itib.

Məlumata görə, hadisədən sonra Ankara səması uçuşlar üçün bağlanıb. / Metbuat.az

***

Ankarada havaya qalxandan sonra radardan itən “Dassault Falcon 50” təyyarəsi qəzaya uğrayıb.

Bu barədə Türkiyə mediası məlumat yayıb. Məlumata görə, təyyarədə Liviya Baş Qərargah rəisi Məhəmməd Əli Əhməd Əl Həddad və nümayəndə heyəti olub. Təyyarədə ümumilikdə 5 nəfər olub.

Qeyd edək ki, Liviya Baş Qərargah rəisi Məhəmməd Əli Əhməd Əl Həddad Türkiyəyə rəsmi səfər etmişdi. / Metbuat.az