Analar Günü münasibətilə soyundu - FOTO
Modely Emily Ratajkovski Analar Günü münasibətilə yenidən soyunub.
O, keçmiş əri Sebastian Bear Maklardın uşağına hamilə qaldığı vaxtları xatırlayaraq, kələ-kötür qarnı ilə çəkdirdiyi çılpaq fotolarını "Instagram"da yayımlayıb.
Qeyd edib ki, fotolar oğlunu dünyaya gətirməzdən bir müddət əvvəl lentə alınıb.
Model paylaşımına bu şərhi yazıb: “Bu fotolar mənim şəxsiyyətim və həyatım həmişəlik dəyişməzdən əvvəldir. Ana olmaq çox vaxt görünməyən sakit və ağır iş görmək deməkdir. Mən sizin bütün analarınızla fəxr edirəm - sevginiz və sədaqətiniz dünyanın ən gözəl şeyi ola bilər".
Qadınlar üçün belə özəl bir gündə çılpaq fotolarını yayımladığına görə izləyiciləri onu qınayıblar. / Publika.az