"Ana olmaq istəyirəm" - Pərvin Abıyeva duyğulandı
Qalmaqallı aktrisa Pərvin Abıyevadan xəbər var.
Aktrisa ana olmaq istəyir. Qəlbinin dolu olduğunu dilə gətirən aktrisa arzusunu deyib:
"Qəlbim hər zaman dolu olub.Çox istəyərəm ki ana olum".
O, gözləntilərindən söz açıb və haqqında çıxan söz-söhbətlərdən yorulduğunu bildirib:
"Çalışıram qalmaqallardan, söz-söhbətdən uzaq olum. Lakin baxıram ki, mümkün deyil. Tamaşaçılar düşünürlər ki, jurnalistlərə pul ödəyirəm ki, məni gündəmdə saxlasınlar. Çoxları mənim üzərimdən özlərini reklam edirlər. Məni məhkəməyə verib böyük məbləğlə təzminat istəyir. Lakin absurd bir şeydir. Heç kim heç kəsə pul verməyəcək. Məndən sadəcə üzr istəsin bəsimdir. Kinli insan deyiləm, amma mənə pislik edəni bağışlamıram və yaddımdan çıxartmıram. Ona görə onunla heç vaxt nə dost olaram nə də yaxın olacam". / xanim.az