Allah Ümrə ziyarətində mənə sevgili qismət elədi - Mina Hüseyn - VİDEO

15 Sentyabr 2024
66daae4c5e111202409242500
1470

Boşanan müğənni Mina Hüseyn yeni sevgilisi barədə danışıb.

 “Səhər Mərkəzi” verilişində qonaq olan ifaçı şəxsi həyatı ilə bağlı ona ünvanlanan sualları cavablayıb.

O, sevgilisi ilə Ümrə ziyarəti zamanı tanış olduğunu deyib:“Oğlanın üzünü bağlayıb paylaşdım, hələ ki, istəmirik. Çox yeniyik, 1 aydır ki, sevgiliyik, hələ bir-birimizi tanıma mərhələsindəyik. Sadəcə, mən üzdə olan xanımam və bir çox insan mənimlə maraqlanır. Həyatımda birinin olduğunu bildirmək üçün o şəkli paylaşdıq. Yenə bu qədər danışıldı. Biz xoşbəxtik, çox xahiş edirəm, hələ ki, bizə dəyməyin. Mən Ümrə ziyarətinə getmişdim, orada tanış olmuşuq. Məncə, bu Allahın qismətidir. Xasiyyəti çox gözəldir, sənətimdə mənə dəstək olur, deyir, istəyirəm ki, oxuyasan. Hörmət edir, dəyər verir, qayğıkeşdir. Onunla çox xoşbəxtəm. Allah hamını xoşbəxt etsin, mən də onların içində”.

Həmin görüntüləri təqdim edirik: