“Ailəli olan Vəfanın yad kişi ilə bunu etməsi biabırçılıqdır”

22 Fevral 2024
65be94fc168bc202402243316
3843

“Ailəli olan Vəfanın yad kişi ilə bunu etməsi biabırçılıqdır, əxlaqsızlığı təbliğ edirlər”

Müğənni Vəfa Şərifova qonaq olduğu “Həmin Zaur” axşam şousunda bildirib ki, kişi pərəstişkarı ona dəyəri 25 min manatlıq qol saatı hədiyyə edib. O əlavə edib ki, bizim bir söhbətimiz olmuşdu:
“Onunla çox pis dalaşmışdım. Həmin şəxs fanatım idi. Könlümü almaq üçün belə bir hədiyyə alıb”. Mənə 25 min manatlıq qol saatı göndərib”.
Məlumat üçün deyək ki, Vəfa Şərifovanın iş adamı Famil Xəlilovla ailəli olduğu söylənilir. Bir neçə ay qabaq bu cütlüyün övladı dünyaya gəlib.
Ona görə də ailəli bir müğənninin bu açıqlaması sosial şəbəkələrdə ciddi qınağa və tənqidlərə tuş gəlib.
Məsələ ilə bağlı Xalq artisti Əbdül Mahmudovun fikirlərini öyrəndik. Bizim.Media-ya açıqlamasında o bildirdi ki, belə bir fikri səsləndirən qadın da, onu yayımlayan televiziya da ən ciddi şəkildə cəzalandırılmalıdır:
“Bu milli əxlaqımıza, mənəviyyatımıza ən böyük zərbədir. Ailəli qadın yad kişidən hədiyyə almasını milyonların qarşısında fəxrlə deməsi o deməkdir ki, artıq hər şeyin sonudur. Bu nə özbaşnalıqdır?! Kim Vəfa Şərifova kimilərinə bu qədər meydan verib? Onlar da çıxıb efirdən əxlaqsızlığı təbliğ edirlər. Özünə azacıq da olsa hörməti olan qadın yad kişidən həiyyə almasını dilə gətirməməlidir. Üstəlik, hədiyyə çox bahalıdırsa bu lap pis. Bununla biz hara gedirik?!”