“Ailə tərbiyəsi görməyən şou adamları efirə çıxarılmamalıdır”

“Ailə tərbiyəsi görməyən şou adamları efirə çıxarılmamalıdır”.

Bu sözləri tanınmış teletənqidçi, BDU-nun “Multimedia və elektron kommunikasiya” kafedrasının rəhbəri Qulu Məhərrəmli deyib. O, bu fikirləri ilə bağlı feysbukda daha bir status yazıb:

“Təbii ki, şou-biznesdə də tamaşaçıya və özünə hörmət edən, rəğbətə layiq insanlar vardır, amma bunun əksi olanlar daha çoxdur. Biz məhz ictimai əxlaqı zədələyən o kəslərə qarşıyıq. Bu, birmənalı belədir və təəssüf ki, belə yanaşmaya görə bəzən bir para cahillər adama hücum da edir. Amma elə dəyərlər var ki onu hamımız qorumalıyıq”.