Ağdərə TƏCİLİ BOŞALDILIR, Azərbaycana təhvil verilir – Tarixi an Elan Edildi
Ermənilər Ağdərəni boşaldım Azərbaycan ordusuna təslim edir.
Bu barədə erməni jurnalist Marat Yeqanyan məlumat yayıb.
“Madakertdə (Ağdərədə) evakuasiya gedir”, – Yehanyan yazıb.
Onun sözlərinin həqiqət olub-olmaması üçün hansı mövqe sərgilədiyinə baxmaq lazımdır. Belə ki, erməni media nümayəndəsi reinteqrasiya prosesinə sərt şəkildə qarşı çıxanlardan biridir. Digər bir jurnalist Aram Hevorhyanın onun dedikləri kimi məlumat yayması sözügedən informasiyanın doğruluğunu qüvvətləndirir.
Qeyd edək ki, Azərbaycan ötən gün Qarabağ iqtisadi zonasının rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasında fəaliyyət göstərən erməni terrorçuları və Ermənistan ordusunun hələ də ərazimizdə olan qüvvələrinə qarşı antiterror tədbirlərinə başlayıb. / Paytaxt.org