Afət Fərmanqızı: “Qiyməti qaldırmışam”
"Kiməsə yeni il gecəsi üçün 40-50 min verirlərsə, nə gözəl. Amma mən inanmıram. Hamısı şişirdilmiş qiymətlərdir".
Bunu müğənni Afət Telmanqızı deyib.
O əlavə edib: "Dünən hava limanında Şəbnəm Tovuzlu ilə rastlaşdıq. Elə söhbətarası dedi ki, əvvəlki qiymətə toylar yoxdur. Vəziyyət elə də yaxşı deyil. Bu, təkcə bizdə deyil. Sanki dünyada indi vəziyyət belədir.
Pandemiyadan sonra bütün dünyada iqtisadi böhran yaşandı. Amma buna da şükür. Halımdan məmnunam. Məndə elə şişirdilmə qiymətlər yoxdur. Köməkçimlə mənim hotel xərclərimiz, bilet pulumuz daxil 5 min dollar. Mən də elə pandemiyadan öncə də Vətənimdəki toy qiymətim eyni idi. Rusiyadakı toylar üçün qiyməti qaldırmışam. Sadəcə, indi güzəşt istəyən toy sahiblərinə daha çox rast gəlirəm". / Moderator