Ad gününü qeyd edən aktrisa Xəyalənin görün neçə yaşı var imiş - Foto

24 Aprel 2025
680cef2261920202504253514
882

Aparıcı və aktrisa Xəyalə Quliyeva doğum günü ilə bağlı paylaşım edib.

Bu münasibətlə qırmızı libasda obyektiv qarşısına keçən Xəyalə fotolarını instaqram səhifəsində yayımlayıb. 

Quliyeva özünü bu sözlərlə təbrik edib:

Bu gün səhnə mənimdir! Bir yaş daha böyüdüm, gücləndim, daha özümə yaxınlaşdım. Həyatın mənə verdiyi bütün dərslərə, gözəlliklərə və sınaqlara görə minnətdaram. Doğum günüm təkcə yeni yaşımın başlanğıcı deyil, gələcəyin ümidlərini qucaqladığım bir gündür. Bu il daha çox gülmək, sevmək, xoşbəxt olmaq istəyirəm. Bu gün mənim doğum günümdür – amma bu post təkcə mənim üçün deyil, mənə sevgi göndərən, yanımda olan, xatırlayan hər kəs üçündür. Var olun. Yeni yaşım xoş gəldin – gəl, birlikdə dünyanı bir az da gözəlləşdirək”.

Qeyd edək ki, 45 yaşlı X.Quliyevanın Arzu adlı bir qızı və Məhəmməd adlı bir oğlan övladı var. / Olay.az