Açıq videosu yayılan iş adamı barədə şok qərar verildi

İş adamı Fəxrəddin Əskərov məhkəməyə verilib.

Buna səbəb biznesmenin dövlətə olan borcları ilə bağlıdır.

Belə ki, Fəxrəddin Əskərova məxsus "Qayğı-1" Müstəqil Kiçik Müəssisəsinin dövlət büdcəsi və fondlara vergi borcu yaranıb. Ancaq bir müddətdir, həmin borclar ödənilmir. Buna görə də Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi onun barəsində Bakı Kommersiya Məhkəməsində iddia qaldırıb. İddiada dövlət qurumu iş adamının ölkədən çıxışına qadağa qoyulmasını xahiş edir.

Qeyd edək ki, Fəxrəddin Sultan oğlu Əskərov bu il may ayında soyunaraq qeyri-etik görüntülərini sosial şəbəkədə yayması ilə gündəmə gəlib. Məlumata görə, o, videoda Nərimanov rayonunda vəzifəli şəxsləri qanunsuz tikinti cəhdinin qarşısını aldıqlarına görə təhqir edib. Bu əməlinə görə o, polis tərəfindən saxlanılıb. / Lent.az