“Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib” - Pərvin

06 İyun 2024
6661f0d45b8ec202406242436
753

"Sosial şəbəkədə təhqir yazanda pis olmuram, onu ondan betər təhqir edirəm. Anamı, atamı, qardaşımı, ailəmi küçədən tapmamışam. Kimsə, durduğum yerdə gəlsin məni söysün, deyim abrıma qısılım? Onun da ailəsi, anası otursun işində-gücündə olsun. Məni incidir, mən də onu beş-betər incidirəm". 

Bu sözləri aktrisa Pərvin Abıyeva "Həftənin qonağı" verilişində deyib. Sənətçi sosial şəbəkədə ona yazılan təhqirlərdən danışıb. 

Geyimlərindən danışan Abıyeva son vaxtlar açıq-saçıq libaslardan istifadə etmədiyini bildirib: 

"Məşhur adamlarda qınaq olur. İstədiyin kimi yaşıya bilmirsən, geyinmirsən. Azad ruhlu insanam: geyimimdə, danışığımda özünü göstərir. Çox şey geyimlə, danışıqla deyil. Müəyyən bir vaxta qədər daha açıq geyinirdim. Son vaxtlar açıq geyinə bilmirəm. 2-3 bundan əvvəl rahat çimərliyə gedirdim, cəmiyyət içində çimərlik geyimində olurdum. Artıq yox... Utanıram. Dənizə xaricdə gedirəm, Azərbaycanda yox. Çəkilişdən ehtiyat etmirəm, abır gəlib. Yaşın verdiyi bir şeydir, nədir bilmirəm. Amma rahat deyiləm".  / Axşam.az