Açıq paltarla səhnəyə çıxan Səmra: Tərbiyə və mədəniyyət geyimlə ölçülmür - FOTO
Müğənni Səmra Rəhimli qalmaqallı açıqlamalar verib.
Sənətçi “Şou xəbər”ə geyim və tərbiyə ilə bağlı danışıb.
Səmra bundan başqa, şou-biznesin bəzi nümayəndələrinə də söz atıb:
“Geyimlə tərbiyə və mədəniyyət ölçülmür. Mən buna qarşıyam. Geyimlə əxlaqı eyni səviyyəyə qoymaq lazım deyil. Çünki insanın əxlaqı onun vicdanı, tərbiyəsidir. Məsum görünüb, amma olduğunu kimi görünməyən insanlar var. Şükür Allaha ki, neçə ildir səhnədəyəm və hələ ki, Səmra haqqında heç bir artıq-əskik söz olmayıb.
İfaçı sənətdə dostunun olub-olmaması barədə verilən suala bu cür cavab verib:
“Dostluq mənim üçün çox ağır yüklü sözdür. Çünki hər kəslə dost ola bilməzsən. Dost anam və bacımdır. İstəmirəm kimsə gözümdən düşsün. Sərhədi keçəndən sonra hər kəsin iç üzü sənə xoş gəlmir axı. Hamının hörmətini saxlayıram, amma pərdəni də qoruyuram”.