Açıq geyinən Roza Zərgərli: Başıma çadra bağlayıb, gəzməliyəm?
Müğənni Roza Zərgərli maraqlı açıqlamalar verib.
O övladlarının şou –biznes adamları ilə evlənməsini istəməyən sənətkarlara qarşı çıxış edib:
"Məni danışmağa vadar etməyin. Özüm şou-biznesdən olan kişi ilə ailə quraram, bu aləmdən evimə gəlin də gətirərəm, qızımı da ərə verərəm. Bu sahədən yaxşı sahə yoxdur".Müğənni həmçinin geyimlərini qınayanlara sərt cavab verib.
“Şou-biznesdəki ailələr tərbiyəlidir. Çünki biz cəmiyyət qınağından qorxuruq və hər şeyi gizli edirik. Verilişlərin birinə sinəaçıq libas geyinmişdim. "Instagram"da yazdılar ki, "Bu utanmır, yekə arvaddır, pencəyin arasında sinəsi görsənir". Başıma çadra bağlayıb, gəzməliyəm? Mən müğənniyəm",- deyə o bildirib. / lent.az