"Açıq geyinən müğənniləri telekanala buraxmırlar" - Nura Suri narazılıq etdi - VİDEO

Müğənni Nura Suri sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, ifaçı telekanalların müğənnilərə və aparıcılara açıq geyinməyi qadağan etdiyini bildirib:

"Telekanallarda məşhurların, müğənnilərin, aparıcıların geyimi ilə bağlı senzura yaranıb. Bir çox telekanal açıq-saçıq gələn qonaqları geri çevirirlər. Belə eşitmişəm, mənim başıma gəlməyib. Bunu eşidəndə təəccübləndim. Çünki elə müğənni açıq-saçıq geyinməlidir. Bu normaldır, səhnədə elə olmaq lazımdır. Müğənnilər fərqlənməlidir. Dünya səhnəsinə, ulduzlarına bir baxın. AzTV-də bu var, 5-6 müğənnidən başqa heç kim efirə davət almır ki, senzura var. Başqa telekanallara nə olub? Niyə bayağı mahnılara senzura yoxdur? Efirə layiq olmayanlar oraya çıxa bilir. Sosial verilişlərdə adi insanların həyatında baş verənlərə senzura yoxdur, amma müğənnilərə var. Deməyə sözüm yoxdur". 

Milli.Az