60 minə yox dedim - Ərim olmasaydı, rahat olardım / VİDEO
Təranə Qumarlın müğənnilik fəaliyyətinə başlayan qızı Qumral növbəti açıqlaması ilə diqqətləri üzərinə çəkib.
MTV-də qonaq olan gənc ifaçı ərli qadın olmasaydı daha sərbəst və addımlarında rahat olacağını bildirib.
Qumral bu fikrini İrandan aldığı 60 min manat qanorarı olan film təklifində sevgili obrazını canlandıracağı üçün həyat yoldaşı Natiqin ona mane olmasını göstərib.
Qeyd edək ki, Qumral bu yaxınlarda verlişlərdən birində Birləşmiş Ərəb Əmirliklərində yaşayan bir azərbaycanlı iş adamının onu təkbaşına Dubaya dəvət etdiyi açıqlaması ilə gündəmi zəbt etmişdi. / Titul.az