60 min manat verin, lüt... - Bədən ölçülərim ideal formadadır - Samiraldo

Qeyri-adi tərzi ilə seçilən azərbaycanlı stilist Samiraldo (Samir Əliyev) maraqlı açıqlama verib.

Stilistin Lent.az-a bildirdiyinə görə, 60 min manat müqabilində insanların qarşısında lüt soyuna bilər.

“Bir çox dünya ulduzları reklama lüt çəkilmək üçün yüksək qonorar alırlar. Amma bu, Azərbaycanda olmayıb.

Bir çox brend firmalar öz məhsullarını dünyada məşhurlaşdırmaq üçün bu cür reklamdan istifadə edirlər.

Əgər mənə 60 min manat versələr, lüt soyunaram. Hazırda mənim reklama ehtiyacım yoxdur.

Lüt soyunmağımın müzakirə olunmağından qorxmuram. Çünki məni bu günə kimi o qədər tənqid, müzakirə ediblər ki... Düşünürəm ki, lüt soyunmağım müzakirə olunmayacaq. Çünki buna bədən parametrlərim imkan verir. Bədən ölçülərim ideal formadadır. Soyunmağım 60 min manata dəyər. Elə insan var ki, gözəl deyil, amma soyunur. Amma mən yaraşıqlıyam, soyunsam, maraqla qarşılanacaq”.