54 yaşlı müğənninin 3-cü evliliyi buna görə alınmadı - Video
Müğənni Mənzurə Musayeva qonaq olduğu verilişində şəxsi həyatı ilə bağlı maraqlı etiraflar səsləndirib.
Sənətçi canlı efirdə ilk dəfə evlənmək planlarından danışaraq bildirib ki, vaxtilə ailə həyatı qurmağa hazırlaşdığı şəxs də müğənni olub. Lakin toyun baş tutmasına son anda ailəsinin etirazı mane olub.
Müğənni sözlərinə belə davam edib:
"Mənim çox yaxşı qismətim vardı, amma ailəm razı olmadı. Beləcə, toy baş tutmadı." Mənzurə Musayevanın bu açıqlaması sosial şəbəkələrdə izləyicilər tərəfindən maraqla qarşılanıb və müzakirələrə səbəb olub. / Milli.az
Qeyd edək ki, bir müddət əvvəl Mənzurə Musayeva ərə gedəcəyini açıqlamışdı.
"Ərə gedəcəyim oğlan məndən 7 yaş kiçikdir”.Bunu müğənni Mənzurə Musayeva iki aydan sonra ailə quracağı bəydən danışarkən deyib. Müğənni onun əvvəllər evli olduğunu bildirib:"Bu onun ikinci evliliyi olacaq. Ailəsi olub, ayrılıb. Məndən xoşu gəlib, evlilik təklifi etdi, mən də razılaşdım. Evlilik həyatı ilə bağlı bəzi şərtlərim var. Onları bəyin qarşısında səsləndirmişəm. Əgər mənim şərtlərimlə razı olsa, məhərrəmlik ayı bitən kimi toy olacaq”."Toydan sonra harada yaşayacaqsınız? Sizin evinizdə, yoxa bəyin” sualına Mənzurə Musayeva belə cavab verdi:"Oğlanın evində. Onun 7-8 yerdə evi var. Mənim evimə qalıb? Onlardan ən yaxşısını seçib orada yaşayacağıq. Evlənəcəyim müğənni oğlan çox imkanlıdır”. / Qaynarinfo.az