54 yaşlı Mənzurənin evlənmək istədiyi məşhur müğənni kimdir? - 45 yaşı iki uşağı var

"Gözəl-göyçək xanımam. Allah yazıb ki, elə ömür boyu tək yaşayım?! Xoşuma gələn bir insan olsa, izdivac baş tuta bilər”.

Bu sözləri Mənzurə Musayeva “Elgizlə izlə” verilişində deyib.

O, həyatında bir insanən olduğunu açıqlayıb: 

“Mənə sadəcə “Votsap”a yazıb ki, səndən xoşum gəlir, ailə qurmaq istəyirəm, görək sözümüz düz gəlir, ya yox. Elə hoydu-hoydu salıblar, sanki nəsə pis hərəkət etmişəm. Tək qalanda deyirsiniz ki, niyə ailə qurmursan? Mənə aşiq olan oğlanın bəs deyən qədər pulu, var-dövləti, iki-üç maşını, dörd-beş evi var. Müğənnidir, 45 yaşındadır, ailəli olub, 2 övladı var. 20 ildir ayrılıblar. Oturub söhbət etsək, bəlkə də, bu iş alınar”. / Pravda.az