53 yaşlı Mənzurə Musayeva yenidən ərə getmək istəyir -Şərtlərini açıqladı - VİDEO
"Mənim üçün sevgi bitməyib. Sevgini gözləyirəm. O sevgini almayana qədər bu həyatdan getməyəcəyəm. Mənimlə ailə qurmaq istəyənlərin sayı "n" qədərdir. Xoşuma gələn bir bəy olsa, məmnuniyyətlə onunla ailə quraram. Keçmiş ərim deyir ki, Mənzurəni tanımıram. Elə onun acığına yenidən gəlin paltarı geyinib ərə gedərəm".
Bu sözləri müğənni Mənzurə Musayeva qonaq olduğu "Rəngarəng səhər" verilişində deyib.
Sənətçi əlavə edib: "Ailə qurmaq qınaq deyil. Ağ libas da olmasa, bej rəngdə don geyinərəm. Mənim üçün xarici görünüşdən daha çox daxili aləmdir. Daxili aləmi, vicdanı təmiz olmalıdır. Başqa şeylər istəmirəm. Özüm kimi pak insan olmalıdır.
Əgər qarşı tərəfdə bir yalan görsəm, o zaman məndən inciməsin. İnsanlar o qədər yalançıdırlar".
Qeyd edək ki, Mənzurə Musayeva 19 yaşında ailə qurub. Lakin onların 7 il övladları olmayıb. Məhz bu səbəbdən cütlük ayrılıb. / bizim.media