47 yaşlı kişidən hamilə qalan 16 yaşlı Aysu efirə çıxdı: şok faktlar - VİDEO
Ölkə gündəmini çalxalayan 16 yaşlı qızın 47 yaşlı evli kişi ilə qeyri-rəsmi nikah əsasında yaşaması məsələsində maraqlı faktlar ortaya çıxıb.
"Səni axtarıram" proqramına Yekaterinburqdan telefonla canlı bağlantı edən 16 yaşlı Aysu və həyat yoldaşı Şirzad studiyadakı ekspertlər və aparıcı Xoşqədəm Hidayətqızı tərəfindən sərt şəkildə qınanılıb.
Xoşqədəm Hidayətqızı Şirzaddan Azərbaycandakı evi 16 yaşlı qızının adına keçirməsini və həyat yoldaşı Elminazdan rəsmi şəkildə boşanmasını xahiş edib.
Daha sonra aparıcı Şirzada "Sənin də 16 yaşlı qızın var, onun bu yaşda evlənməsinə bir ata kimi razı olardınmı?" sualını verib.
Şirzad isə bunu normal qarşılayacağını bildirib: "Bu mənim qızımın mövqeyidir, mən ona yaxşı baxaram, çünki o həyatı özü yaşayacaq. İstəsə yaşlıya gedər, istəsə, öz yaşıdına".
Şirzad isə bunu normal qarşılayacağını bildirib: "Bu mənim qızımın mövqeyidir, mən ona yaxşı baxaram, çünki o həyatı özü yaşayacaq. İstəsə yaşlıya gedər, istəsə, öz yaşıdına".
16 yaşlı Aysu ilə telefonda danışan X.Hidayətqızı onu tənqid atəşinə tutub: "Aysu, bala, mən sənin qohumun olsam, utandığımdan studiyaya zəng etmərəm. Sən yuva dağıtmısan. Yuva yıxanın, yuvası olmaz, bəlkə də anan sənə deməyib, amma mən bir ana kimi sənə deyirəm. Başqasının bədbəxtliyi üzərində xoşbəxtlik qurulmaz. 16 yaşlı yeniyetmənin hədəfi təhsil, universitet, kariyera, dünyanı gəzmək olmalıdır. Sən isə 6 aylıq hamiləsən. Get təhsil al, kariyera qur, ər qaçır, ay bala? Aysu, sənin atan 16 yaşlı səni qoyub gedib başqa 16 yaşlı qızla ailə qursa, münasibətim normal olar deyirsən. Heç nə demirəm, ananın başına gəlsin!" / Yenisabah.az.