"40 yaşım var, heç bir estetik etdirməmişəm"
Müğənni Xuraman Şuşalı "Elgizlə izlə" proqramında qonaq olub.
Showmedia.az xəbər verir ki, verilişin aparıcı Elgiz Əkbər ifaçının burnunun estetik əməliyyata ehtiyacı olduğunu deyib:
"Xuraman qəşəng xanımdır, amma bircə burnu. Neçə ildir o burnu Xuramana əməliyyat etdirə bilmirəm. Əgər əməliyyat etdirsə, lap qəşəng olacaq".
Xuraman aparıcıya cavabında belə bir fikrinin olmadığını vurğulayıb:
"Olanım budur. Bir azdan adım kitaba düşəcək ki, 40 yaşım var, heç bir estetik etdirməmişəm. Hələ ki, nəsə elətdirmək fikrim yoxdur". /publika.az