39 kiloqram arıqlayan Sonaxanım tanınmaz hala düşdü - Video

18 Fevral 2025
67ad8ef06e3ab202502251928
994

Aktrisa Sonaxanım Əliyeva xeyli çəki atması ilə gündəmə gəlib. 

Yenisabah.az xəbər verir ki, sənətçi 39 kiloqram çəki atdığını bildirib. 

"Tam əməliyyatsız çəki atmışam. Müalicə almışam, sağlam yolla arıqlamışam. Hədəfim 40 kiloqram çəki atmaq idi. İndi qalıb 1 kiloqramım. Eyni zamanda üzümdə xırda toxunuşlarla dəyişikliklər etmişəm" deyə, S.Əliyeva bildirib.