22 ildir çimməyən adam müayinə edildi: Həkimlər heyrətə gəldi - Foto

20 May 2025
68361465a3ce2202505253709
3303

Hindistanda yaşayan Dharamdev Rama adlı sakin qəribə həyat tərzi ilə diqqət çəkir.

40 yaşlı sakin 22 ildir çimmir. Məlumata görə, hindistanlı dünyadakı pis əməlləri belə boykot etmək qərarına gəlib. Qohumların və onu tanıyanların israrına baxmayaraq, 40 yaşlı sakin boykot qərarından imtina etməyib. Rama bildirib ki, qadınlara və heyvanlara qarşı zülmə səssiz qalmaq istəməyib. Hindistanlı keçmişdəki dini inanca əsaslanaraq etirazını bu üsulla bildirmək qərarına gəlib. Həkimlər 22 ildir çimməyən Ramanı müayinə edəndə təəccüblənib. Onun səhhətində narahatlıq yoxdur. / Metbuat.az